Velosipedçilər niyə saxlanılıb? - Yol polisindən açıqlama

18 Dekabr 2017 11:51 (UTC+04:00)

Azərbaycan Velosiped Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev “Qafqazinfo”ya bildirib ki, artıq velosipedçilər sərbəst buraxılıb:

İdmançıların velosipedləri isə hazırda cərimə meydançasındadır: “Heç bir səbəb də demirlər. Nəyə görə velosipedlərin saxlanıldığını da bilmirik”.

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Unikal.org-a açıqlamasında deyib ki, təqribən 35 velosipedçi Bakının strateji əhəmiyətə malik yolu yolu hesab edilən, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində şəhər polisi ilə razılaşmadan icazəsiz olaraq hərəkət ediblər:

"Bu yolda sürət həddi saatda 120 kilometr nəzərdə tutulub. Əsas yol olduğu üçün, burada təhlükəsizlik tədbirlərinin görülməsi əsas şərtlərdən də biridir. Belə ki, kamera görüntüləri əsasında velosipedçilər avtomobillərin hərəkətinə həddindən artıq maneə yaradıb və süni sıxlığın yaşanmasına səbəb olub. Bununla belə yol-nəqliyyat hadisəsinin yaranması ehtimalı üzə çıxarıb. Yəni, avtomobillə velosipedçilərin vurulması təhlükəsi də yaranıb”.

AzNews.az