Smartfonların daha bir ziyanı üzə çıxdı

18 Dekabr 2017 13:33 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, yatan zaman telefonu yanına qoymaq bir çox fəsadalar yol açır. Bu, insanda xərçəng və sonsuzluq riski yaradır.

Departamentin məlumatına görə, istifadə olunmayan zaman aparatlar insan bədənindən bir neçə metr kənarda olmalıdır. Yeniyetmələr üçün bu, daha təhlükəlidir. Belə ki, yuxusuzluq, diqqətin zəifləməsi və emosionallıq yaradır.

Bununla yanaşı, cibdə gəzdirilən smartfon kişilərdə spermanın keyfiyyətinə təsir edir. Mütəxəssislər smartfonu yatarkən onun balışın altına və tumbanın yanına qoymamağı tövsiyə edir.

2015-ci ildə həmin departament məlumat yaymışdı ki, ağlayan uşaqları sakitləşdirmək üçün onlara smartfonun verilməsi əsəb-damar sisteminə mənfi təsir göstərir.