Vyanada yeni hökümətə qarşı etirazlar başladı

18 Dekabr 2017 15:27 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, ötən cümə Avstriya Xalq və Azadlıq partiyalarının koalisiyası yeni hökümətin tərkibini elan edib.

Ölkənin keçmiş xarici işlər naziri Sebastyan Kurts Avstriyanın yeni kansleri seçilib.

Şəhər polisinin məlumatına görə, təxminən altı min nəfər Avstriyanın yeni koalisiya hökumətinin andiçməsinə qarşı Vyana küçələrinə çıxıb.

Qeyd olunur ki, polis qayda-qanunları təmin etmək üçün əlavə qüvvə cəlb edir.

#vienna #Wien against far right #FPÖ government pic.twitter.com/VuL77heTEJ

— inna shevchenko (@femeninna) 18 декабря 2017 г.