Əsgər valideynlərinə şad xəbər

18 Dekabr 2017 16:52 (UTC+04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər. Qonaqlar üçün müxtəlif döyüş texnikaları və silahların nümayişi də təşkil olunacaq.

Hərbi hissələrdə komandanlığın iştirakı ilə keçiriləcək “Açıq qapı” günündə görüşlər təşkil olunacaq, qonaqları maraqlandıran bütün məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcəkdir.