ABŞ-da sürət qatarı relsdən çıxıb - 6 nəfər ölüb

19 Dekabr 2017 00:03 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Vaşinqton ştatında sərnişin qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Bu barədə “Associated Press” agentliyi xəbər verib.

Bundan əvvəl 3 nəfərin öldüyü, 77 nəfərin yaralandığı bildirilirdi.

***

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Amtrak kompaniyasının və yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə nəticəsində zərərçəkənlər var. Pers dairəsinin nəqliyyat rəhbərliyinin Tvitterdə yerləşdirdiyi fotoşəkillərdə qatarın sonuncu vaqonunun relsdən çıxdığı görünür. Həmçinin dairə şerifi də qəza nəticəsində zərərçəkənlərin olduğunu bildirib, lakin onların sayını açıqlamayıb.

Qəzaya uğrayan qatarın Sietl və Portlend marşrutu üzrə hərəkət etdiyi bildirilir.

Bəzi KİV-lər qəzanın çoxsaylı insan tələfatı ilə nəticələnə biləcəyi barədə məlumat yayıb.