Bakıda kafe partladı

19 Dekabr 2017 09:22 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 150 m2 olan kafedə yanğınla nəticələnən partlayış baş verib. Hadisə zamanı kafenin mətbəxinin qapı və pəncərəsi çərçivədən çıxmış, mətbəxdə qaz sobası, taxta rəflər və rəflərdə olan mətbəx əşyaları 18 m2 sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.