19 yaşlı oğlan tanışını qətlə yetirdi - Bakıda

19 Dekabr 2017 10:04 (UTC+04:00)

APA-nın məlumatına görə, paytaxtın Sabunçu qəsəbəsinin sakini, 19 yaşlı Emil İlqar oğlu Heydərov aralarında yaranmış münaqişə zəminində tanışı, 25 yaşlı Nicat Qulam oğlu Həziyevi bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən E. Heydərov saxlanılıb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

AzNews.az