Dünyada 4 milyarddan çox insan miqrant həyatı sürür - BMT

19 Dekabr 2017 10:53 (UTC+04:00)

AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, Beynəlxalq miqrasiya təşkilatının bəyannaməsinə görə 2000-ci ildən bəri bu rəqəm 49 faiz artıb.

BMT-nin iqtisadi və sosial məsələlər üzrə departamentinin məlumatına əsasən, bu miqrantların əksəriyyəti ABŞ-da yaşayır. Bununla yanaşı, Səudiyyə Ərəbistanı, Almaniya və Rusiyada da hərəsində 12 milyondan artıq miqrant var.

İlk beşliyi Böyük Britaniya tamamlayır ki, burada 9 milyon insan miqrant kimi məskunlaşıb.

Regionlar arasında miqrant sayına görə birinci yerə Asiya (80 milyon), ikinci yerdə Avropa (78 milyon), sonra Şimali Amerika (58 milyon) gəlir.

Miqrantların 64 faizi yüksək gəliri olan işlərdə çalışır.