Bakıda ürəyindən əməliyyat oldu - Xəstəxanada öldü

19 Dekabr 2017 11:00 (UTC+04:00)

Nərimanov rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə “Grand Hospital”da qeydə alınıb. Ürəyindən əməliyyat olunan 1962-ci il təvəllüdlü Qasımov Nurağa Hüseynağa oğlu əməliyyatdan sonra dünyasını dəyişib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

AzNews.az