Erməni tələbələr aclığı davam etdirir

19 Dekabr 2017 11:07 (UTC+04:00)

AzNews.az erməni mətbuatına istinadən xəbər verir ki, aclıq elan edən tələbələrin vəziyyəti normaldır, onlar aclığı davam etdirirlər.

Qeyd edək ki, "Elmin inkişafı naminə" qrupunun üzvləri hakimiyyət orqanları ilə danışıqların bir nəticə vermədiyini görüb aclığa başlayıblar.

Xatırladaq ki, noyabrın 15-də Ermənistan parlamenti ikinci oxunuşda "Hərbi xidmət və hərbi qulluqçuların statusu" barədə qanunu qəbul edib. Qanun təhsilə görə hərbi xidmətdən möhlət hüququnu ləğv edir.