Anar Nağılbaz ona “ilişən”lərə cavab verdi - “Mənim üçün “çırtma” ilə meyxana deməyini yadına sal”

19 Dekabr 2017 11:41 (UTC+04:00)

AzNews.az xəbər verir ki, yenicag.az-a açıqlama verən Nağılbaz meyxanaçıya səslənib:

“O meyxanaçıların hərəsi ilə tonla çörək kəsmişəm. Hətta bəziləri ilə məhəllə uşaqları olmuşuq. Bir işi dəqiqliklə bilməmiş, baltalamaq namərdlikdir. Hərə öz qabında axtarsın. Videonun yalan, düzəltmə, uydurma və illərdir ki, planlaşdırıldığını eşidəndə üzümə necə baxıb salam verəcəklər? Sonda dost-qardaş, tanışlar da ələkdən keçdi. Mən alnıaçığam. Ələkbər, Yasamalda mənim üçün “çırtma” ilə meyxana deməyini yadına sal”.