Rusiyada təyyarə qəzaya uğradı - Ölən və yaralananlar var+Yenilənib

19 Dekabr 2017 13:50 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, bu gün səhər saatlarında Naryan Mar şəhərində təyyarə ağır eniş edib.

Nəticədə iki nəfər sərnişin həlak olub, 11 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Ümumilikdə təyyarədə 13 nəfər və ekipaj üzvləri olub.

***

Ən son məlumatlara görə, Naryan Marda təyyarənin qəzaya düşməsi nəticəsində ölənlərin sayı 4-ə çatıb.

Ölənlərdən biri uşaqdır.