Kürdəmirdə yanğın

19 Dekabr 2017 13:52 (UTC+04:00)

FHN-dən AzNews.az-a verilən məlumatda bildirilir ki, Kürdəmir rayonunda ümumi sahəsi 240 m2 olan birmərtəbəli, 9 otaqdan ibarət inzibati binanın köməkçi otağının yanar konstruksiyaları 5 m2 sahədə, içərisində olan 1 ədəd kompüter və 2 ədəd prosessor yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğın bölmələri tərəfindən söndürülüb.