İlham Əliyev memarları fəxri ad, orden və medallarla təltif edib - Adlar

19 Dekabr 2017 18:44 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sərəncamda qeyd edilir ki, Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar memar” fəxri adı verilsin:

Baybekov Ravil Saleh oğlu
Cəfərov Xəlil Ələkbər oğlu
Miralayev Fəxrəddin Böyük oğlu
Namazov Müsədin Əhməd oğlu

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:

Abdullayev Tofiq Əli oğlu
Şəkixanov Tofiq Həmid oğlu

Nazirlər Kabinetinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.

Prezident İlham Əliyev, həmçinin Azərbaycan memarlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Şöhrət” ordeni ilə

Bəylərov İlqar Xıdır oğlu
İsbatov İlqar Aydın oğlu

“Tərəqqi” medalı ilə

Amənzadə Raihə Barxudar qızı
Əzimzadə İnarə Çingiz qızı
İbrahimov Kamal İbrahim oğlu
Kərimova Təranə Həmzə qızı
Qaçayev Fərid Məmməd oğlu
Qurbanəliyev Zaur Ramiz oğlu
Mahmudbəyov Namiq İskəndər oğlu
Məmmədov Maqsud Teymur oğlu
Novruzzadə Şeyda Natiq qızı
Sadıxov Cahangir İsmayıl oğlu
Şixzamanov Nizami Eyyub oğlu