İmişlidə ata 4 yaşlı oğlunu öldürdü - Faciə

19 Dekabr 2017 19:23 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, rayonun Qızılkənd kəndinin sakini Anar Rüstəmov idarə etdiyi “Qazel” markalı yük maşını ilə oğlu, 2013-cü il təvəllüdlü Feyruz Rüstəmovu vurub.

A. Rüstəmov avtomobil arxaya verərkən oğlu nənəsindən əlindən qaçıb və maşının altında qalıb. Uşaq hadisə yerindəcə ölüb.

Faktla bağlı İmişli rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.