Sabah Bakının bu rayonları qazsız qalacaq

19 Dekabr 2017 20:14 (UTC+04:00)

AzNews.az “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, diametri 325 mm-lik magistral qaz xətti üzərində “30-cu Sahə” Qaz Paylayıcı Stansiyası ərazisində separatorun quraşdırılması və diametri 273 və 530 mm-lik magistral qaz xəttinin 5 və 6-cı km-də yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar, sabah saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonuna təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan təmir işlərinin Sabunçu rayonunun bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.

Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.