Qonşular arasında dava düşdü, xəsarət alanlar var

19 Dekabr 2017 21:59 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qabaqtəpə kəndində baş verib.

Həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Ayaz Məhərrəm oğlu Əliyevlə onun qonşusu, 1937-ci il təvəllüdlü İsmayıl Əli oğlu Məmmərov arasında mübahisə yaranıb. Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Onlar bir-birilərinə qarşı müxtəlif küt alətlərdən istifadə ediblər. Nəticədə hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.