Dəm qazından zəhərləndi

20 Dekabr 2017 09:19 (UTC+04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gecə saat 02.00 radələrində rayonun Xaçmazqışlaq kənd sakini, 1990-cı il təvəllüdlü Həbib Zabit oğlu Musayev zəhərlənmə əlamətləri ilə Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan bildirilib ki, Həbib Musayevin yaşadığı evin vanna otağında dəm qazından zəhərlənməsi məlum olub. Müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılan Həbib Musayevə lazımı tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az