Brus Lidən seçilməyən Abbas Əlizadə sosial mediada fenomen oldu - Video

20 Dekabr 2017 09:30 (UTC+04:00)

AzNews.az xəbər verir ki, əfqan Brus Li olaraq tanınan 24 yaşlı Abbasın bacarıqlarını sərgilədiyi görüntülər internetdə böyük maraq doğurub.

Kasıb bir ailənin övladı olan Abbas həm döyüş sənətlərində bacarıqlı olduğu, həm də görünüşcə Brus Liyə bənzədiyi üçün bu özəlliklərini döyüş məktəbinə gedərək inkişaf etdirmək istəyib. Ancaq o, məktəbin ödənişlərini qarşılamağa gücü çatmadığını açıqlayıb. Bununla belə, sözügedən məktəb Əlizadəyə təqaüd verərək onun bütün məsrəflərini öz üzərinə götürüb.