18 yaşlı arvadını bıçaqlayan şəxs saxlanılıb

20 Dekabr 2017 09:48 (UTC+04:00)

"Report"un Qərb bürosunun məlumatına görə, 1993-cü il təvəllüdlü Qurbanzadə Elsəvər Eldəniz oğlu əvvəllər qeyri rəsmi nikahda olduğu, 1999-cu il təvəllüdlü Sevinc Telman Qızı Quliyevanı işlədiyi marketdə bıçaqlayaraq onu öldürməyə çəhd edib.

Hadisəni törədən şəxs saxlanılıb. Çox saylı bıçaq xəsarətləri alan yaralı isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120 (qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az