Müğənni rayonluları təhqir etdi: “Kürdəmirdən kənara çıxmayın” - Video

20 Dekabr 2017 10:16 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sənətçi əsli rayondan olan ifaçıları Bakıya yaraşdırmadığını deyib. Faytonçu onları “qıjı” mahnıları oxumada ittiham edib:

““Qıjı” mahnıları ifa edən musiqiçilər, müğənnilər üçün Kürdəmirdə televiziya və radio yaradardım. Deyərdim ki, nə istəyirsiniz burada edin, çalın, oxuyun, efirə də çıxın. Amma buradan kənara çıxmayın, qadağandır. Bakı isə əsl sənətkarlara qalardı”.

Bahar RÜSTƏMLİ
AzNews.az