Hacı Qalibin oğluna hökm oxundu - 3 il həbs

20 Dekabr 2017 13:49 (UTC+04:00)

"Qafqazinfo"nun verdiyi xəbərə görə, məhkəmənin hökmü ilə Ə.Salahzadə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən iclasda dövlət ittihamçısı çıxış edərək Ə.Salahzadənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Əlihüseyn Salahzadə sentyabrın 13-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs edilərək Kürdəxanı həbsxanasına göndərilib. O, Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə təqsirli bilinir. Ə.Salahzadə “Azərsu”nun əməkdaşına zor tətbiq etməkdə ittiham edilir.

AzNews.az