“Oğluma 10 il iş verilsə də, Şeyxə ağız açmaram” - Qalib Salahzadə

20 Dekabr 2017 14:11 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Hacı Qalib Salahzadə “Ölkə.Az”-a açıqlamasında oğlunun həbsini “məmur sifarişi” adlandırıb:

“Əvvəldən bilirdim ki, məndən əvəz çıxmaq üçün oğlumu həbs edəcəklər. Buna görə də nə Ali Məhkəməyə, nə də Apellyasiya Məhkəməsinə şikayət etməyəcəm. Hər şeyi Allahın məsləhətinə buraxıram. Allah günahkarı gec-tez cəzalandıracaq. Dəqiq bilirəm ki, oğlumun heç bir günahı yoxdur, onu bəzi məmurlar həbs etdirib”.

Q.Salahzadə oğlunun cəzasının yüngülləşdirilməsi ilə bağlı qudası Allahşükür Paşazadədən də heç bir kömək istəmədiyini söyləyib:

“Oğluma lap 10 il iş versələr də, yenə Şeyxə ağız açmaram, ondan kömək istəmərəm. Bu, Şeyxlik məsələ deyil. Oğlumu mənə görə həbs ediblər”.