Dado Nazı klipinə dəvət edibmiş - Boşanmaya səbəb...

20 Dekabr 2017 14:18 (UTC+04:00)

AzNews.az BiG.AZ-a istinadən xəbər verir ki, Nazın adı müğənni Natavandan yenicə boşanan reper Dado ilə hallanır. Naz bu söz-söhbətə aydınlıq gətirərək xəbəri təkzib edib. O iştirak etdiyi verilişdə aparıcının "Bəlkə elə Natavanla Dadonun ayrılmasına səbəb sən imişsən?" sualına belə cavab verib:

"Allah eləməsin. Elə söz-söhbət yoxdur. Mənə reper klipdə rol almağımı təklif edib. Mən isə bu təklifi hələ qəbul etməmişəm".