AŞPA-nın qış sessiyasının gündəliyi

20 Dekabr 2017 14:28 (UTC+04:00)

“Report” AŞPA-nın Mətbuat xidmətinə istinadən xəbər verir ki, qış sessiyası 2018-ci il yanvarın 22-26-da Strasburqda açılacaq.

Sessiyada AŞPA-ya yeni sədr, insan haqları üzrə komissar və Avropa İnsan Haqları Məhkəməsinə hakimlər seçiləcək.

Yığıncaqda Danimarkanın varis şahzadəsi, Avstriyanın prezidenti Aleksandr van der Bellen çıxış edəcək.

Yanvarın 24-də isə Ermənistan prezidenti Serj Sarqsyan məruzə edəcək.

Yanvarın 26-da da Azərbaycan nümayəndə heyətinin üzvü Vüsal Hüseynovun hesabatı müzakirə olunacaq.

Sessiyanın gündəliyində Ukraynadakı silahlı münaqişənin humanitar nəticələri, Fələstin-İsrail münaqişəsinin tənzimlənməsi prosesi, Avropada antisemitzmin artması, İslamofobiya və ksenofobiya məsələləri də var.

AzNews.az