61 yaşlı qadın dəm qazından zəhərləndi

20 Dekabr 2017 14:39 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qalıncaq kəndində qeydə alınıb. Kənd sakini, 1956-cı il təvəllüdlü Zeynalova Gülsənəm Qaraş qızı hamamda qaz balonunun yandırılması zamanı sızan dəm qazından zəhərlənib. G. Zeynalova təcili yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatı xilas olunub. Hazırda qadının vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.