Fransa ilə Suriya arasında gərginlik - Moskvadan reaksiya

20 Dekabr 2017 14:38 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, Peskovun sözlərinə görə, iki dövlət arasındakı qarşılıqlı bəyanatları şərh etmək Moskvanın işi deyil.

Fransa prezidenti Emmanuel Makron və xarici işlər naziri Jan-İv Le Drian Bəşər Əsədin ünvanına ittihamlarla çıxış edib. Suriya prezidenti isə Parisi terrorizmi dəstəkləməkdə ittiham edib.

Peskov qeyd edib ki, Rusiya Yaxın Şərqdə yaranmış gərginliyin siyasi yolla həllinə tərəfdardır.