"İsraillə Fələstin öz aralarında razılığa gəlməlidir" - Rəsmi Moskva

20 Dekabr 2017 15:02 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Rusiya bu münaqişəni tənzimləyə bilməz. Nə də ABŞ bunu edə bilməz. Rusiya ardıcıl siyasət apararaq bu münaqişənin həllində vasitəçi kimi çıxış edə bilər. Bunu tərtərkibli görüşlərdə də, beynəlxalq konfranslar çərçivəsində də etmək olar", - Peskov belə deyib.

Peskov əlavə edib ki, münaqişəni birdəfəlik həll etmək yalnız İsrail və Fələstinin öz işidir.