Şahmat üzrə dünya çempionatının loqosu tənqidə məruz qaldı

20 Dekabr 2017 17:20 (UTC+04:00)

AzNews.az The Telegraph-a istinadən xəbər verir ki, loqotip Moskvanın dizayn bürosu "Şuka" tərəfindən hazırlanıb.

Loqotipdə iki nəfərin şahmat taxtasını tutduğu sərgilənir. Onların əlləri və ayaqları bir-birinə bağlanmış şəkildədir.

Avstraliyalı qrossmeyster Devid Smerdon deyib ki, bu loqotip çox gülüncdür.

Macar şahmatçı Syuzen Polqar isə bunu uşaqlara göstərməməyi tövsiyə edib.

Britaniyalı qrossmeyster Naycel Şort düşünür ki, Şahmat federasiyası idman dünyasına seks dərsi keçmək istəyib.

Qeyd edək ki, şahmat üzrə dünya çempionatı 2018-ci ilin noyabrında Londonda start götürəcək.