Faytoncu kürdəmirlilərə səsləndi: “Ayıb olsun onlara!” - Video

20 Dekabr 2017 17:27 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu müğənni Faytonçu Nazim deyib. Müğənni "qıjı" manhı deyəndə “Pantomima” teatrının aktyoru Vüsal Rzasoyun ifasında səslənən "Ayə, harayə gedirsən ayə"ni nəzərdə tutdğunu deyib:

“Sosial mediada Kürdəmirlə bağlı neqativ söhbətlər yayırlar. Ayıb olsun onlara, adi səhvdən tutub məsələni şişirdiblər. Azərbaycanın hər qarışı mənim üçün vətəndir. Mən bu vətənin övladıyam. Kürdəmir Azərbaycan mədəniyyətinə böyük töhvələr verib. Təkcə Aşıq Şakir böyük bir dərslikdir. Heç vaxt Kürdəmirə xələl gətirə bilmərəm. Mexaniki bir səhv olub. İstəmirəm bunu şişirdim. Söhbət “qıjı” mahnılardan gedir. “Qıjı” mahnı deyəndə nəyi nəzərdə tuturam? “Ayə, harayə gedirsən, ayə? Bu bəyəm mahnıdır? Burda musiqi var? Belə mahnı efirə çıxıb. Mən bunun əlehinəyəm. Digər ifaçılara mənim şübhəm yoxdur. Bütün kürdəmirliləri opürəm”.

Qeyd edək ki, müğənni Faytonçu Nazim "qıjı" müğənniləri "Bakıya buraxmamağı", "onlara Kürdəmirdə yer ayırılmasını" dilə gətirib.

Bahar RÜSTƏMLİ
AzNews.az