BMT baş katibindən Dağlıq Qarabağ açıqlaması

28 Fevral 2013 15:09 (UTC+04:00)



Trend-in məlumatına görə, bu barədə cümə günü Ermənistan XİN-in mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Tərəflər, həmçinin BMT-nin gündəliyində olan məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Suriyada baş verən hadisələrin müzakirəsi zamanı tərəflər dinc əhalinin, o cümlədən suriyalı ermənilərin problemlərinə toxunublar.
Nalbandyan, həmçinin Vyanada ATƏT-in baş katibi Lamberto Zannierlə görüşüb. Həmsöhbətlər ATƏT-in gündəliyindəki məsələləri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər.
Nalbandyan iranlı həmkarı Əli Əkbər Salehi ilə də görüşüb. Söhbət zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər müzakirə olunub.

AzNews.az