Zərdabda vəhşi heyvanlar əhaliyə hücum etdi

20 Dekabr 2017 21:24 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Rayon sakini, 1964-ci il təvəllüdlü Zeynəb Şamil qızı Hüseynovaya məxsus fərdi təsərrüfata hücum edən vəhşi heyvanlar hində olan 34 baş toyuq-cücənin hamısını tələf edib.

Ev sahibi toyuq-cücənin çaqqalların tələf etdiyini güman edir. Sakinlər analoji hadisələr rayon ərazisində tez-tez baş verdiyini deyirlər.