AFFA-nın tikdirdiyi yeni mərkəzin açılışı olub - Foto

20 Dekabr 2017 22:08 (UTC+04:00)

AzNews.az AFAA-nın mətbuat xidmətinə ristinadən xəbər verir ki, AFFA rəhbərliyi mərkəzdə futbolçular üçün yaradılmış şəraitlə tanış olub, fitnes zalına baxıblar.

Mərkəzdəki 16 otaqda eyni zamanda 36 futbolçu və məşqçi yerləşdirilə bilər. Otaqların ölçüsünə müvafiq olaraq çarpayıları artırıb sayı 42-yə çatdırmaq mümkündür. Bütün otaqlarda sanitar qovşaq mövcuddur. Eyni zamanda, camaşırxana və kafe də fəaliyyət göstərəcək.

AFFA ilə qarşılıqlı razılıq əsasında Bayıl Məşq Mərkəzindən həm yığma komandalar, həm də “Səbail” klubu yararlana biləcək.

Qeyd edək ki, Bayıl Məşq Mərkəzinin inşası üçün maliyyə vəsaiti AFFA-nın müraciətinə əsasən UEFA tərəfindən ayrılıb.