Gəncədə mənzildə partlayış - xəsarət alan var

20 Dekabr 2017 22:49 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Sadıllı qəsəbəsində qeydə alınıb.

Orada yaşayan 1964-cü il təvəllüdlü İsmayılova Məhəbbət Nağı qızı qazla işləyən su qızdırıcısını işə salarkən partlayış baş verib. Hadisə nəticəsində qadın sifətin 1 və 2-ci dərəcəli termiki yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib

Vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.