Ekspert: Təqaüdlərin gecikməsi hökumətin günahıdır

28 Fevral 2013 16:19 (UTC+04:00)
Məlum olduğu kimi, ölkənin bəzi ali və orta ixtisas təhsili məktəblərində tələbələrə təqaüdlərin verilməsi gecikib. Təhsil Nazirliyi öz açıqlamasında bunu yeni maliyyələşmə tədbirlərinin həyata keçirilməsi ilə izah edib.

Amma sirr deyil ki, ölkəmizdə gecikməyə səbəb olan və aylarla çəkən həmin prosedura heç də səbəb kimi göstərilə bilməz. Çünki dünya təcrübasində cəmi bir gün sərf olunan bu prosedura Azərbaycanda nədənsə həftələr və aylar lazım olur. Aydın məsələdir ki, hər il büdcədən maliyyələşən əksər təşkilatlarda müşahidə olunan gecikmə əhalinin sosial vəziyyətinə də pis təsir göstərir.

Bu mövzuyla bağlı AzNews.az-ın suallarını cavablandaran iqtisadçı ekspert Vüqar Bayramlının fikrincə, bu, texniki prosedurla baglıdır və nə iqtisadi, nə də sosial cəhətdən əsaslandırıla bilməz: "Ödənişlərin transfer prosesi sadələşdirilməli və sosial baxımdan vacibliyinə görə qruplaşdırılmalıdır. Təqaüdçülərin, tələbələrin, aztəminatlı təbəqənin ödənişləri isə tezləşdirilməlidir".

Ruhiyyə
AzNews.az