Stalinin gizli müalicə üsulu

28 Fevral 2013 16:28 (UTC+04:00)



Belə ki, Stalin Türkiyədən gətirilən limonlardan istifadə edərək sağalırmış. Stalinin ölümünün ildönümü ərəfəsində mətbuatda yer alan xəbərlərə görə, böyük rəhbər ömrünün son gününə qədər bu limonlardan istifadə edib.

192 səhifəlik "Stalinin xəstəlik tarixi" adlı sənəddə rəhbərin Sibirdə sürgündə olduğu zamanlardan etibarən səhhətində problemlərin yarandığı bildirilib. Kremlin şəxsi katibi olan Boris Bajanovun yazdığına görə, Stalin idman etmədən bütün günü oturaq şəraitdə işləyib. Qəlyan çəkən və gürcü şərabı içən Stalinin 73 yaşına qədər yaşaması bütün həkimlərin təəccübünə səbəb olub.

Müalicə olunmaq üçün xalq təbabətinə üstünlük verən Stalin Türkiyədən gətizdirdiyi limonlarla özünü müalicə edib. Stalinin şəxsi mühafizə dəstəsinin rəisinin qızı Ada Yusis isə rəhbər barədə xatirələrində yazırdı: "Bizdə narıncı meyvələr yetişdirilmirdi. Ona görə də Türkiyədən gətirmək məcburiyyətində idik. Bir dəfə limonlar vaxtında gəlib çatmamışdı. Atam bizə danışırdı ki, Ağa (Stalini Kremldə belə çağırırdılar) çox əsəbləşib".

Elnarə Əlosmanqızı
AzNews.az