Məşhur otellərdən iyrənc görüntülər - Foto

29 Dekabr 2017 17:36 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Çinin Harbin şəhərindəki 3 lüks oteldə çalışanların gigiyena qaydalarını kobud şəkildə pozduqları üzə çıxıb. Belə ki, Çində bir qrup jurnalist təmizlik xidmətçisi geyimində girdikləri otellərdəki ciddi antisanitar vəziyyətin şahidi olublar.

Jurnalistlər tərəfindən gizli olaraq çəkilən görüntülər "Kempinski", "Shangri La" və "Sheraton" kimi gecəsi 400 dollardan yuxarı olan beşulduzlu otellərdə təmizliyin əslində necə aparıldığını göstərir.

Görüntülərə görə, təmizlikçilər stəkan və fincanları tualet fırçasıyla yuyur, hamam dəsmallarıyla qurulayırlar...