Avtobus sürücüsü 33 yaşlı kişini bıçaqladı

22 Dekabr 2017 09:03 (UTC+04:00)

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Belə ki, Balaxanı qəsəbəsində 33 yaşlı Qarayev Şamil Məlik oğlu 40 saylı marşrut avtobusunun sürücüsü ilə əlbəyaxa dava edib. Dava zamanı avtobus sürücüsü (adı, soyadı açıqlanmır - red) Ş.Qarayevi bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

AzNews.az