AzNews.az BBC-yə istinadən xəbər verir ki, Kataloniyanın İspaniyadan ayrılmasını tələb edən partiyalar bölgə parlamentindəki 135 mandatın 70-ni təmin edə biliblər.
Ekzitpolların nəticələri belə deməyə əsas verir.
Seçicilərin ümumi fəallığı 84 faiz təşkil edib.
Oktyabrın 27-də separatçılar müstəqilik elan edəndən sonra İspaniya mərkəzi hökuməti Kataloniyanın muxtariyyətini dayandırıb, seçki çağırıb.
Rəsmi Madrid Kataloniyanın İspaniyanın tərkibindən çıxması üçün atılan istənilən addıma görə, Konstitusiya məhkəməsinə müraciət ediləcəyini açıqlayıb.