Vasif Talıbov yeni qurum yaratdı

22 Dekabr 2017 10:00 (UTC+04:00)

AzNews.az AzVision.az-a istinadən xəbər verir ki, sərəncama əsasən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Duzdağ Fizioterapiya Mərkəzinə publik hüquqi şəxs statusu verilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təklifləri nəzərə alınmaqla Duzdağ Fizioterapiya Mərkəzinin istifadəsində olan əmlak və avadanlıqlar publik hüquqi şəxsin balansına veriləcək.

Həmçinin Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinə publik hüquqi şəxsin dövlət qeydiyyatına alınması ilə bağlı zəruri tədbirlər görülməsi tapşırılıb.

Qeyd edək ki, sərəncam 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.