"Rusiya ilə normal münasibət qurmaq mümkün deyil" - Rəsmi London

22 Dekabr 2017 10:48 (UTC+04:00)

AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, Britaniya xarici işlər nazirliyi bu barədə rəsmi bəyanat yayıb.

Bəyanatda qeyd edilir ki, Rusiyanın Avropa dövlətləri, xüsusən də Ukrayna ilə münasibətləri qaydasında deyil.

Consonun fikrincə, Rusiya Ukraynda vəziyyətin stabilləşməsinə əngəl törədir.

"Böyük Britaniya və Rusiya BMT TŞ-nın daimi üzvləri olduğu üçün qarşılıqlı anlaşma əsasında hərəkət etməlidir", - Conson belə deyib.