Ərdoğan daun sindromlu fələstinli gənclə görüşdü - Foto

22 Dekabr 2017 12:25 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Prezident sarayında Məhəmməd ət-Tavil, anası Vəcihə və atası Xəlil İbrahim ət-Tavili qonaq edən Ərdoğan fələstinli ailə ilə bir müddət söhbət edib.

Sonra prezident Məhəmməd ət-Tavil ilə rabiya işarəsi göstərərək, foto çəkdirib. Həmin fotonu "Twitter" hesabından paylaşan Ərdoğan bu sözləri yazıb: "Qüdslü Məhəmməd qardaşım ilə dünyaya mesajımız budur, Qüds bizim qırmızı xəttimizdir".

Qeyd edək ki, ərəbcə "dördüncü, dörd" mənasını verən "rabia" sözü Misirdə müqavimətin simvolu olub. Bu, Misirdə çevriliş edənlərin qırğın etdiyi Rabiatul Adeviyye meydanının adından gəlir.