Məktəblilər itkin düşdü - Cəlilabaddan Bakıya...

22 Dekabr 2017 12:20 (UTC+04:00)

AzNews.az xəbər verir ki, yaxınlarının unikal.org-a verdiyi məlumata görə məktəblidən ötən gündən xəbər ala bilmirlər.

"Ötən gün hər ikisi avtovağzaldan marşuruta minib, Bakıda yəni 20 yanvarda düşüblər. Oradan da Bulvara gediblər".

Belə ki, Cəlilabad şəhər sakinləri, 14 yaşlı İsmayıl Mətləb oğlu Əmənov, onun həmyaşıdı və qonşusu Xalid Altay oğlu Əliyev ötən gün səhər saatlarında dərsə getmək adıyla evdən çıxıb, bir daha geri qayıtmayıblar. Artıq doğmaları tərəfindən bu barədə Cəlilabad Rayon Polis Şöbəsinə məlumat verilib.

Qeyd edək ki, itkin düşən məktəblinin hər ikisi 9-cu sinif şagirdləri olub.

Görənlərdən 050 548 76 16 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.