Bankın qarşısında ürəktutmasından keçindi - Borcu var imiş

22 Dekabr 2017 13:15 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, Komsomol prospektində yerləşən bankın qarşısında səhər saatlarında kişi meyiti aşkar olunub.

Bank işçilərindən biri işə gələrkən gördüyü mənzərədən şok keçirib.

Tapılan meyitin 40-45 yaşlarında olduğu ehtimal edilir. Bəzi ehtimallara görə, meyiti tapılan kişinin banka borcu var imiş. Borcu ödəyə bilmədiyindən kişinin ürəyi partlayıb. Meyit üzərində heç bir zorakılıq əlaməti olmayıb. Tibb ekspertiza onun ürəktutmasından öldüyü qənaətindədir.