“Opel”i qaçıran şəxs tutuldu

22 Dekabr 2017 16:17 (UTC+04:00)

DİN-in mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Nizami RPİ-nin 23-cü Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla “Opel” markalı avtomobilin rayonun O.Vəliyev küçəsindən qaçırılması müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil M.Abbasov küçəsində tapılıb. Onu qaçırmaqda şübhəli bilinən şəxs saxlanılaraq avtomobillə birlikdə Polis Bölməsinə gətirilib. Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini Heydər Eminov olması müəyyən edilib.

Araşdırma aparılır.