İrəvanda mitinq dalğası başladı

28 Fevral 2013 17:32 (UTC+04:00)
İrəvanın Azadlıq meydanın Ermənistan prezidentliyinə sabiq namizəd, "İrs" partiaysının lideri Raffi Ovannisyanın tərəfdarlarının mitinqi başlayıb.

APA-nın məlumatına görə, mitinqi partiya sədrinin müavini Armen Martirosyan aparır. O çıxışında bildirib ki, ölkənin regionlarında keçirilən mitinqlər bir nəticəyə gəlməyə vadar edir: "Biz artıq başqa Ermənistanda yaşayırıq".

Mitinqdə mübarizənin seçkilərin gerçək hüquqi nəticələri təsdiqlənənə kimi davam edəcəyi barədə şüarlar səsləndirilib. "İrs" partiyasının Gənclər Təşkilatının üzvləri mitinqdə müdafiə naziri Seyran Ohanyana müraciət ediblər. Müraciətdə Serj Sərkisyanın hansısa məqamda ordu birləşmələrinə xalqa qarşı güc tətbiq etmək əmri verəcəyi ehtimalının yüksək olduğu bildirilir və müdafiə naziri bu əmrə tabe olmamağa çağırılır.

AzNews.az