Putinlə Ərdoğan arasında telefon söhbəti olub

22 Dekabr 2017 16:48 (UTC+04:00)

AzNews.az-ın rus mətbuatına istinadən məlumatına görə, tərəflər BMT Baş Assambleyasının Qüdslə bağlı son qətnaməsini müzakirə ediblər.

Prezidentlər Fələstin-İsrail münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində və Fələstin xalqının müstəqil dövlət yaratmaq hüququnun təmin olunması əsasında həllinə bundan sonra da yardım edəcəklərini təsdiqləyiblər.

Telefon danışığı zamanı BMT Baş Assambleyasında ABŞ-ın Qüdslə bağlı qərarının hüquqi qüvvəyə minməməsindən məmnunluq ifadə edilib.