Qız anasını parçalayan pələngi məhkəməyə verdi - Video

22 Dekabr 2017 17:05 (UTC+04:00)

AzNews.az Mirror-a istinadən xəbər verir ki, pələng safari-parka gəlmiş qıza hücum edib. Qızın anası maşından düşərək onu müdafiə etməyə çalışsa da, pələng ananı parçalayaraq öldürüb, qızı isə şikəst edib.

Hazırda əlil olmuş qız safari-parkın rəhbərliyindən 14 milyon dollar təzminat tələb edir.

Yayılan videogörüntülərdə pələngin qıza necə hücum etdiyi təsvir olunur.

Məlumata görə, onlar nəqliyyat qaydalarını pozaraq maşından yerə düşüblər, qəzəblənmiş pələng isə onlara hücum edib.