İlham Əliyev yeni prezidenti təbrik etdi

22 Dekabr 2017 17:16 (UTC+04:00)

AzNews.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Pinyera, Çili Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, yenidən dövlət başçısı kimi fəaliyyət göstərəcəyiniz qarşıdakı dövrdə Azərbaycan ilə Çili arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Çili xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".