Gəncədə avtobus piyadanı vurub

22 Dekabr 2017 20:23 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Şəhər sakini, 1949-cu il təvəllüdlü Rüstəmova Xalidə yolu keçən zaman sərnişin avtobusu tərəfindən vurulub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq araşdırma aparılır.